Viktor Orban – Ukrayna bizə neft verməyincə, Macarıstandan qaz ala bilməyəcəklər, biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq
Viktor Orban – Ukrayna bizə neft verməyincə, Macarıstandan qaz ala bilməyəcəklər, biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq

Macarıstan Ukraynaya qaz tədarükünü dayandıracağını elan edib. Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, Macarıstan Ukraynaya qaz tədarükünü “Drujba” neft kəməri vasitəsilə Macarıstana neft tədarükü bərpa olunana qədər dayandıracaq.

“Ukrayna bizə neft verməyincə, onlar Macarıstandan qaz ala bilməyəcəklər. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzin qiymətlərini – sabit və qazın məhdudlaşdırılmış qiymətini – saxlayacağıq”, – deyə Viktor Orban bildirib.

Orbanın sözlərinə görə, Ukrayna “Drujba” neft kəmərini qəsdən bloklayır.

Macarıstan baş naziri həmçinin qeyd edib ki, o, “Ukraynanın şantajından” uğurla özünü qoruyur və onun siyasəti sayəsində “Macarıstanlılar yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətləri ödəyirlər”.

Məlumat üçün bildirək ki, Slovakiya və Macarıstana neft Ukrayna vasitəsilə, “Drujba” neft kəməri ilə 27 yanvardan sonra tədarük olunmur. Ukrayna tərəfi bildirir ki, kəmər Rusiya hücumu nəticəsində zədələnib, Macarıstan isə iddia edir ki, Kiyev onu qəsdən zədələyib.