Viktor Orban “Türk axını” boru kəmərində vəziyyətlə tanış olmaq üçün Serbiya–Macarıstan sərhədinə gəlib
Viktor Orban “Türk axını” boru kəmərində vəziyyətlə tanış olmaq üçün Serbiya–Macarıstan sərhədinə gəlib

Macarıstanın Baş naziri Viktor Orban Serbiya–Macarıstan sərhədinə gedərək “Türk axını” boru kəmərinə baxış keçirib. Kəmərin, ehtimal ki, “sabotaj” hədəfi olduğu bildirilir.

Viktor Orban hadisə yerinə Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birlikdə gəlib.

Orbanın sözlərinə görə, “Türk axını” boru kəməri Macarıstan üçün həyati əhəmiyyət daşıyır. O qeyd edib ki, Ukrayna Rusiya qazının tranzitini dayandırdıqda məhz bu kəmər Macarıstanı xilas edib.

Baş nazir bildirib ki, “Türk axını” işlədiyi müddətdə Macarıstan təbii qaz alacaq, kəmər dayanarsa, ölkə iqtisadiyyatı da dayanacaq.

Qeyd edək ki, aprelin 5-də Serbiya Macarıstana gedən qaz kəmərində sabotaj cəhdinin qarşısının alındığını açıqlayıb. Bildirilib ki, kəmərin yaxınlığında partlayıcı maddələr və detonatorlarla dolu böyük paketlər aşkar edilib.