Viktor Orban - Rusiyaya qarşı sanksiyalar nəticə vermədi, müharibədə qalib gəlmək əvəzinə yaxşı sülh təklifinə yönəlmiş yeni strategiya lazımdır
Rusiyaya qarşı sanksiyalar nəticə vermədi, müharibədə qalib gəlmək əvəzinə yaxşı sülh təklifinə yönəlmiş yeni strategiya lazımdır, – “Reuters” agentliyinin məlumatına görə, bu barədə Macarıstan baş naziri, Viktor Orban bəyan etdi.
Macarıstan hökumət başçısının sözlərinə görə, Qərbin Ukrayna ilə bağlı strategiyası dörd sütuna əsaslanır – Ukrayna Rusiyaya qarşı müharibədə NATO silahları ilə qalib gələ bilər; sanksiyaların Rusiyanı zəiflədəcəyini və onun rəhbərliyini sabitsizləşdirəcəyinə; sanksiyaların Avropadan çox Rusiyaya zərər verəcəyinə və dünyanın Avropanın müdafiəsinə duracağına.
Orbanın sözlərinə görə, bu strategiya uğursuz oldu, çünki Avropada hökumətlər “domino kimi yıxılır”, enerji qiymətləri artıb və indi yeni strategiyaya ehtiyac var.
“Dörd təkəri də zədələnmiş maşında oturmuşuq: tam aydındır ki, müharibəni bu yolla udmaq olmayacaq. Ukrayna heç vaxt müharibəni bu yolla uda bilməz, çünki Rusiya ordusu asimmetrik üstünlük təşkil edir. Rusiya təhlükəsizlik zəmanəti istədiyi üçün bu müharibə ancaq Rusiya ilə Amerika arasında sülh danışıqları ilə başa çata bilər”, – Viktor Orban bəyan etdi.