Viktor Orban – Rəcəb Tayyib Ərdoğanla görüşmək şərəfdir, Brüsselin bizi müharibəyə sürüklədiyi və enerji təchizatımızı təhdid etdiyi bu çətin zamanda tərəfdaşlığımız həyati əhəmiyyət daşıyır
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə Orban sosial şəbəkədə yazır.
Macarıstan və Türkiyə liderlərinin görüşü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
Orbanın qeyd etdiyi kimi, bu çətin zamanda Macarıstan və Türkiyənin tərəfdaşlığı həyati əhəmiyyət daşıyır.
“Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək şərəfdir. Bu çətin zamanda Türkiyənin dəstəyi həlledicidir. Brüsselin bizi müharibəyə sürüklədiyi və enerji təchizatımızı təhdid etdiyi bu çətin zamanda tərəfdaşlığımız həyati əhəmiyyət daşıyır. Biz Macarıstanın suverenliyini qorumaq üçün qətiyyətlə dayanacağıq. Təşəkkür edirəm, Prezident Ərdoğan” – Orban yazır.