Viktor Orban – Razılaşırıq ki, Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməliyik, bu səy Brüsselli bürokratların deyil, üzv ölkələrin imkanlarını genişləndirməlidir

20:20, 06.03.2025

 

Macarıstanın Baş naziri Viktor Orban bildirir ki, Avropanın müdafiə imkanlarının gücləndirilməsini dəstəkləyir.

Bu haqda Orban Fransa Prezidenti Emmanuel Makronla keçirilən görüşdən sonra X sosial şəbəkəsində yazıb.

“Fransadakı görüşlərim təsdiq etdi: sülhün şərtləri ilə bağlı fikir ayrılığımız olmasına baxmayaraq, razılaşırıq ki, Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməliyik. Bu səy Brüsselli bürokratların deyil, üzv ölkələrin imkanlarını genişləndirməlidir” – Orban yazır.

Məlumat üçün bildirək ki, Viktor Orban Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Bundan əvvəl Makron televiziya müraciətində Fransanın nüvə silahının avropalı tərəfdaşlar üçün paylaşılmasının mümkünlüyündən danışıb.

Oxşar