Viktor Orban, Putindən dondurulmuş rus aktivləri ilə bağlı Avropa İttifaqının qərarına görə Macarıstanın etirazının nəzərə alınacağına dair vəd aldığı haqda məlumat verir
Macarıstan Baş naziri, Rusiya Prezidenti Vladimer Putinə dondurulmuş rus aktivlərinin istifadəsi ilə bağlı Avropa İttifaqının mümkün qərarına Rusiyanın reaksiyasının necə olacağı barədə məktubla müraciət etdiyini və Macarıstanın bu məsələ ilə bağlı etirazının nəzərə alınacağına dair vəd aldığını bildirib.
Viktor Orbanın sözlərinə əsasən, Kremldən Moskvanın reaksiyasının “güclü” olacağına dair cavab alıb, lakin ayrı-ayrı ölkələrin mövqeləri nəzərə alınacaq.
Orban bir daha vurğulayaraq qeyd edib ki, Macarıstan Avropa İttifaqında dondurulmuş rus aktivlərinin istifadəsini dəstəkləmir, çünki bu, “yeni eskalasiya səviyyəsi” olacaq.
Bununla yanaşı, Macarıstanın Baş naziri sosial şəbəkədə bəyanat yayaraq, qeyd edib ki, Avropa İttifaqı Macarıstanın hüquqlarını əlindən alıb.
Məlumat üçün bildirək ki, dekabrın 12-də Avropa İttifaqı rus aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarını qəbul edib.