Viktor Orban – Prezident Zelenski, Ukraynanın Avropa İttifaqına üzvlüyü Macarıstansız mümkün deyil, hər bir macarın bu məsələdə deməyə sözü olacaq – xoşunuza gəlsə də, gəlməsə də
Hörmətli Prezident, Ukraynanın Avropa İttifaqına üzvlüyü Macarıstansız mümkün deyil, hər bir macarın bu məsələdə deməyə sözü olacaq – xoşunuza gəlsə də, gəlməsə də, – bu sözlərlə Macarıstanın baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin dünənki bəyanatına cavab verib.
Orbanın sözlərinə görə, hər bir macarın bu məsələ ilə bağlı fikri olacaq.
“Prezident Zelenski dünən macar xalqına müraciət etdi. Hörmətli Prezident, macar xalqının nə düşündüyünə nə Kiyev prezidenti, nə də Brüssel bürokratları qərar verir. Ukraynanın Avropa İttifaqına üzvlüyü Macarıstansız mümkün deyil. Hər bir macarın bu məsələdə öz sözü olacaq. Bu xoşunuza gəlsə də, gəlməsə də. Biz burada işləri bu şəkildə görürük,” – deyə Orban yazıb.
Qeyd edək ki, Zelenski dünən jurnalistlərlə söhbətində Orbanı tənqid etmişdi. Onun sözlərinə görə, Orban “çox təhlükəli işlər” görür. Zelenski bildirib ki, Macarıstan baş nazirinin Ukraynanın Avropa inteqrasiyasını bloklamağa yönəlmiş addımları, 2026-cı ildə keçiriləcək seçkilər fonunda Ukraynanın daxili siyasi mübarizəsinə müdaxilə ilə əlaqəlidir.