Viktor Orban - Prezident Trampla birlikdə münasibətlərdə yeni fəslə başlamaq üçün Vaşinqtona yollanırıq, strateji tərəfdaşlıq qurmaq məqsədimizdir
Viktor Orban - Prezident Trampla birlikdə münasibətlərdə yeni fəslə başlamaq üçün Vaşinqtona yollanırıq, strateji tərəfdaşlıq qurmaq məqsədimizdir

 

Prezident Donald Trampın yenidən seçilməsindən sonra Macarıstan-Amerika münasibətlərində yeni imkanlar yarandı, ilin ilk on ayı Bayden administrasiyası dövründə Macarıstan və Macarıstan-ABŞ münasibətlərinə dəyən ziyanın bərpa olunduğu ilkin mərhələ olub – bu haqda Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə yazır.

Orban Macarıstanın məqsədinin ABŞ ilə strateji tərəfdaşlıq qurmaq olduğunu bildirib.

“Siyasi motivli sanksiyalar yoxa çıxdı, ABŞ-nin Macarıstana qarşı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsi dayandırılıb və biz yenidən vizasız Amerika Birləşmiş Ştatlarına səyahət edə bilərik. Bununla birinci mərhələ başa çatdı. Bu gün biz prezident Trampla Macarıstan-Amerika münasibətlərində yeni fəslə başlamaq üçün Vaşinqtona yollanırıq. Məqsədimiz enerji əməkdaşlığı, investisiyalar, müdafiə sahəsində əməkdaşlıq və Rusiya-Ukrayna münaqişəsindən sonrakı dövrlə bağlı müzakirələri əhatə edən strateji tərəfdaşlıq qurmaqdır. Biz Macarıstanın bütün vətəndaşlarının maraqlarına xidmət edən ikitərəfli faydaya əsaslanan razılaşma üzərində işləyirik. Vaşinqtona gedirik. Gəlin işə başlayaq” – Viktor Orban sosial şəbəkədə yazır.