Viktor Orban Mixail Qorbaçovun dəfn mərasimində iştirak etmək üçün Moskvaya getdi
Macarıstanın baş naziri, Viktor Orban Sovet İttifaqının birinci prezidenti, Mixail Qorbaçovun dəfn mərasimində iştirak etmək üçün Moskvaya getdi. Orbanın səfəri ilə bağlı məlumat və fotonu Rusiya mediası yayır.
Qorbaçovun mülki dəfn mərasimi Moskvada İttifaqlar Evində keçirilir. Viktor Orban Qorbaçovun ailəsinə başsağlığı verdi.
Bununla yanaşı, Rusiya mediasının Kremlin mətbuat katibi, Dmitri Peskova istinad edərəj yazdığı kimi, Macarıstan baş nazirinin Vladimir Putinlə görüşü planlaşdırmayıb.
Sovet İttifaqının ilk və sonuncu prezidenti 91 yaşındaavqustun 30-da vəfat etdi.