Viktor Orban – Macarıstanın vətənpərvər hökuməti olduğu müddətcə miqrasiya paktını həyata keçirməyəcəyik, miqrantları qəbul etməyəcəyik və onlara bir qəpik belə xərcləməyəcəyik

18:45, 12.11.2025

 

Viktor Orban rəsmi Budapeştin ölkədə miqrasiya aktını qəbul etməyi planlaşdırmadığını bildirir.

Macarıstan Baş nazirinin sosial şəbəkədə yazdığı kimi, ölkəsi miqrantları qəbul etməyi və onlara bir qəpik belə xərcləməyi planlaşdırmır.

“Brüssel əmr verib. Onlar miqrasiya paktını aktivləşdirirlər. Birdəfəlik aydınlaşdırmaq istəyirəm: Macarıstanın vətənpərvər hökuməti olduğu müddətcə miqrasiya paktını həyata keçirməyəcəyik. Yeri gəlmişkən: miqrantları qəbul etməyəcəyik və onlara bir qəpik belə xərcləməyəcəyik” – o, yazıb.

Oxşar