Viktor Orban – Macarıstan Ukraynanı dəstəkləyəcək, lakin onu öz milli maraqlarından üstün tutmayacaq

12:12, 19.11.2022

Macarıstanın baş naziri, Viktor Orban Avropa İttifaqı üzvlərinə Ukraynaya maliyyə yardımı üçün Avropa Komissiyasından fərqli yanaşma təklif edir. Medianın yazdığına görə, Orbanın təşəbbüsüdür ki, ölkələr Ukraynaya nə qədər vəsait ayırmaq istədiklərini özləri qiymətləndirsinlər və ikitərəfli razılaşma əsasında həyata keçirsinlər. Qeyd olunan təşəbbüs çərçivəsində Macarıstan Ukrayna üçün büdcədən 150-170 milyon avro ayırmağa hazırdır.

Bundan başqa, Orbanın qeyd etdiyi kimi, Macarıstan Ukraynanı dəstəkləyəcək, lakin onu öz milli maraqlarından üstün tutmayacaq.

Viktor Orban Avropa Komissiyasının təqdim etdiyi 18 milyard maliyyə yardımının əleyhinədir, hansına görə də üzv dövlətlər qeyd olunan məbləği Ukraynaya köçürmək üçün birgə borclanma mexanizmini tətbiq etməli olacaqlar.

Oxşar