Viktor Orban - Liberallar qalib gələndə, Brüsseldə deyirlər ki, demokratiya var, mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb, bunu ciddi qəbul etməməlisiniz, bu, adi əhvalatdır
Viktor Orban - Liberallar qalib gələndə, Brüsseldə deyirlər ki, demokratiya var, mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb, bunu ciddi qəbul etməməlisiniz, bu, adi əhvalatdır

 
Liberallar qalib gələndə, Brüsseldə deyirlər ki, demokratiya var, mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb, bunu ciddi qəbul etməməlisiniz, bu, adi əhvalatdır – bu haqda Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirilən birgə birifinqdə deyib.

Orban, Gürcüstanda azad, demokratik seçkilərin keçirildiyini bildirib.

“Bir çox çəkişmələrdə qalib gəlmiş Macarıstanın Baş naziri kimi sizə demək istəyirəm ki, gələcəkdə də, növbəti iki gün ərzində mübahisələr olacaq, hərçənd bu, indiyə qədər olduğu kimi qəbul edilməlidir. Seçkilərin nəticələri danılmazdır, azad və demokratik seçkilər keçirildi. Avropada mübahisələr yenə də olacaq, bunu ciddi qəbul etməməlisiniz, çünki bu, adi əhvalatdır. Oxşar şəkildə mübahisə mövcuddur, Brüsseldə hər zaman belədir. Öz mahiyyəti ilə mühafizəkar partiyalar qalib gələndə biz hər zaman belə mübahisələrin şahidi oluruq, çünki Avropa siyasəti yazılı göstərişə əsaslanır. Liberallar qalib gələndə, o zaman demokratiya var. Mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb. Belə mübahisələr Brüsseldə hər zaman baş verir.

Seçkilər Macarıstanda və ya istənilən başqa ölkədə keçirilsin, fərqi yoxdur, belə qəbul edirlər, belə başa düşürlər. Əgər liberallar qalib gəlsəydilər, o zaman bu, bütün Qərbi Avropada ən yaxşı formada olan demokratiya kimi yayılmış olacaqdı. İndi mühafizəkar mahiyyət və ruh qalib gəldiyi üçün artıq Avropada mübahisə mövcuddur. Daha yaxşı seçkilərdən sonra da, istənilən başqa ölkənin seçkilərindən sonra belə olub və beynəlxalq mətbuatda da belə səslənir, amma bunu ciddi qəbul etməməlisiniz. Buna görə də, cənab baş nazir, mən sizi seçkilərdə qələbə və demokratik şəkildə keçirilməsi münasibətilə təbrik etmək və sizə çoxlu uğurlar arzulamaq istəyirəm. Siz gələcəkdə bizim strateji tərəfdaşlığımıza hər zaman arxalana bilərsiniz” – Viktor Orban bildirib.