Viktor Orban - Hökumət dəyişikliyini dəstəkləyənlər əslində müharibəni dəstəkləyirlər
Viktor Orban - Hökumət dəyişikliyini dəstəkləyənlər əslində müharibəni dəstəkləyirlər

 

Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ilin seçkilərinin həlledici olacağını bildirib. Bu barədə Orban Budapeştdə keçirilən dəstək nümayişində çıxışı zamanı deyib.

O bildirib ki, növbəti beş ay ərzində səhvə sürüklənən macarlarla danışmaq lazım gələcək.

“Bir çox macar Brüsseli və Brüssel tərəfindən buraya göndərilən hökumət namizədlərini dəstəklədikdə yaxşı bir işə dəstək verdiyinə inanır. Bu gün onlara deməliyik ki, Brüssel yaxşı deyil və bizə bəla gətirəcək. Hökumət dəyişikliyini dəstəkləyənlər əslində müharibəni dəstəkləyirlər” – Macarıstanın Baş naziri bildirib.