Viktor Orban - Gürcüstanın Avropaya inteqrasiya səyini dəstəkləmək və Macarıstan-Gürcüstan münasibətlərini gücləndirmək üçün buradayıq
Gürcüstanın Avropaya inteqrasiya səyini dəstəkləmək və Macarıstan-Gürcüstan münasibətlərini gücləndirmək üçün buradayıq – bu haqda Gürcüstanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə yazıb.
Orbanın dediyi kimi, oktyabrın 26-da keçirilən seçkilərdə Gürcüstan əhalisi sülh və firavanlığa səs verib.
“Gürcüstana rəsmi səfər. Bu şənbə-bazar keçirilmiş seçkilərlə bağlı bir şey aydındır: Gürcüstanın əhalisi azad və demokratik seçkilərdə sülh və firavanlığa səs verdi. Gürcüstanın Avropaya inteqrasiya səyini dəstəkləmək və Macarıstan-Gürcüstan münasibətlərini gücləndirmək üçün buradayıq. Qonaqpərvərliyə görə təşəkkürlər, Baş nazir” – Orban yazır.