Viktor Orban - Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq
Viktor Orban - Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq

 
Siz mütləq Avropa İttifaqına üzv ölkə olacaqsınız – bu haqda Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirilmiş brifinqdə deyib.

Jurnalistin bəzi üzv dövlətlərin liderlərindən eşidilən bəyanatlar fonunda Gürcüstanın Avropa İttifaqına üzv ölkə olub-olmayacağı haqda sualına Viktor Orban cavab verib: “Bu qədər əmin olmayın, bəzi ölkələr belə deyir, ancaq siz mütləq Avropa İttifaqına üzv ölkə olacaqsınız”.