Viktor Orban – əgər Avropa İttifaqı özünün iki missiyasını – sülh və firavanlığı yerinə yetirə bilmirsə, onda onun mövcudluğunun mənası nədir?

16:39, 13.05.2023

Əgər Avropa İttifaqı özünün iki missiyasını – sülh və firavanlığı yerinə yetirə bilmirsə, onda onun mövcudluğunun mənası nədir? – bu barədə Macarıstanın baş naziri, Viktor Orban Vesprem şəhərində bəyan etdi.

Orbanın qeyd etdiyi kimi, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.

Onun sözlərinə görə, Rusiya sanksiyaları Macarıstanda tənəzzülün dərinləşməsinə səbəb oldu.

“Avropa əməkdaşlığının müasir forması iki missiya ilə idarə olunurdu: sülh və firavanlıq. Əgər Avropa İttifaqı özünün iki missiyasını – sülh və firavanlığı yerinə yetirə bilmirsə, onda onun mövcudluğunun mənası nədir?”, – Orban bəyan etdi.

Macarıstanın baş naziri Avropa İttifaqını müharibəni dayandırmaq yolu kimi Ukraynaya yardımı dayandırmağı müzakirə etməyə çağırdı.

Oxşar