Viktor Orban Donald Trampla görüşüb – dünyaya sülh gətirə biləcək liderlərə ehtiyac var, qayıdın və bizə sülh gətirin, cənab Prezident
Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizəd olan Donald Trampla görüşüb.
Məlumatı Macarıstanın baş naziri “X” mikrobloqunda yayır.
Orban və Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında görüşdüyü məlum olub.
“Bizə dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var və o, bu liderlərdən biridir. Qayıdın və bizə sülh gətirin, cənab prezident”, – Orban yazır.
Donald Trampla görüşdən əvvəl Viktor Orban mühafizəkar “Heritage Foundation” araşdırma mərkəzində çıxış edib.
“Ailələrə dəstək, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və dövlətlərimizin suverenliyinin qorunması -bu Avropa və Amerikanın mühafizəkar qüvvələri arasında əməkdaşlığın ümumi əsasıdır”, – Orban qeyd edib.