Viktor Orban - Donald Tramp Ursula fon der Laienlə razılaşma əldə etməyib, Tramp fon der Laieni səhər yeməyində yeyib
Macarıstanın Baş naziri Viktor Orbanın sözlərinə əsasən, Avropa İttifaqı tərəfindən ABŞ-la əldə edilən ticarət razılaşması ABŞ-Böyük Britaniya razılaşmasından daha pisdir.
“Bu, razılaşma deyil. Donald Tramp Ursula fon der Laienlə razılaşma əldə etməyib, Tramp fon der Laieni səhər yeməyində yeyib. Bax nə baş verdi və nəyin baş verəcəyini güman edirdik” – Orban bildirib.
Bununla yanaşı, Orban qeyd edib ki, “ABŞ Prezidenti məsələ danışıqlarla bağlı olanda ağırçəkili, xanım prezident isə yüngülçəkilidir”.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien danışıqlar nəticəsində ticarət razılaşmasına nail olublar. Vaşinqton Avropa İttifaqından idxal edilən mallara 15%-lik rüsum tətbiq edəcək, Britaniya ilə isə bu, cəmi 10%-dir.