Viktor Orban bildirir ki, Ukrayna suveren dövlət deyil, çünki onun xərclərini Avropa İttifaqının ölkələri ödəyirlər
Viktor Orban bildirir ki, Ukrayna suveren dövlət deyil, çünki onun xərclərini Avropa İttifaqının ölkələri ödəyirlər

 

Macarıstanın Baş naziri Viktor Orban bildirir ki, Ukrayna suveren dövlət deyil, çünki “onun xərclərini Avropa İttifaqının ölkələri ödəyirlər”.

Jurnalistin Orbanın Ukraynanı niyə suveren dövlət hesab etməməsi və bunun üçün hansı arqumentinin olmasına dair sualına, Macarıstanın Baş naziri cavabında qeyd edib ki, Ukraynanın özünü dolandırmaq üçün vəsaiti yoxdur.

“Biz hərbçilərə ödəyirik, dövlət bürokratiyasına ödəyirik, pensiyaları ödəyirik, hər şeyi biz ödəyirik. Əgər başqa biri sizi dolandırırsa, deməli, suveren ölkə deyilsiniz” – Orban deyib.