"Vətənpərvərlər Aliyansı" Gürcüstanda "NDI" və "IRI"-ın fəaliyyətinin qadağan edilməsini tələb edir
“Vətənpərvərlər Aliyansı” tələb edir ki, Gürcüstanda “NDI” və “IRI”-ın fəaliyyəti qadağan edilsin.
Bu tələblə onlar tərəfdarları ilə birlikdə Tbilisidə, ABŞ Səfirliyi qarşısında aksiya keçirdilər.
“Vətənpərvərlər Aliyansının” lideri, İrma İnaşvilinin bəyan etdiyinə görə, bu günki aksiyanın tələblərini, real reytinqləri, “NDI” barəsində etimad göstəricilərini konqressmenlərə və senatorlara çatdıracaqlar.
Bununla yanaşı, İnaşvili tələb edir ki, Gürcüstan dövlətinin müvafiq strukturları “NDI”-ın fəaliyyəti ilə bağlı istintaqa başlasınlar.