Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Acara bölgəsində Qara dənizin sahil zolağında on yeni xilasetmə məntəqəsi yerləşdirilib
Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Acara bölgəsində Qara dənizin sahil zolağında on yeni xilasetmə məntəqəsi yerləşdirilib

 

Qara dənizin sahilində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Acara bölgəsində Qara dənizin sahil zolağında on yeni xilasetmə məntəqəsi yerləşdirilib.

Bu barədə Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatında qeyd olunub.

“Acara bölgəsində Qara dənizin sahil zolağında monitorinq və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə, Acara hökumətinin dəstəyi ilə on yeni xilasetmə məntəqəsi yerləşdirilib. Qeyd olunan dəyişiklik Qara dənizin sahilində, xüsusən də dəniz mövsümü dövründə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Əlavə gözətçi məntəqələri suya nəzarətin effektivliyini və mümkün fövqəladə hallarda operativ reaksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Fövqəladə Halların İdarəolunması Xidməti bir daha vətəndaşları sahildə qüvvədə olan qaydalara əməl etməyə, xilasedicilərin göstərişlərini – öz həyat və sağlamlıqlarının təhlükəsizliyi üçün nəzərə almağa çağırır” – Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatında qeyd olunub.