"Vətəndaşlar" partiyasının mətbuat xidmətinin məlumatına görə, Aleko Elisaşvili və Levan Yoseliani parlament fəaliyyətinə sabahdan qoşulacaqlar
Sabahdan “Vətəndaşlar” partiyasının üzvləri parlament fəaliyyətinə qoşulacaqlar. Aleko Elisaşvili və Levan Yoseliani onuncu çağırış Parlamentinin yaz sessiyasının ilk plenar iclasında iştirak edəcəklər.
Gürcüstanın Birinci Kanalına “Vətəndaşlar” partiyasının mətbuat xidmətindən bəyan etdiklərinə görə, deputatlar parlamentdə səhərdən gedəcəklər.
Xatırladaq ki, “Vətəndaşlar” hakimiyyət ilə danışıqlar nəticəsində parlamentə daxil olma barəsində qərarı 29 yanvarda qəbul etdilər. Partiya nümayəndələri “Gürcü Arzusu” ilə seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi barəsində memorandum imzaladılar. Tərəflər fundamental seçki islhatlarının həyata keçirlməsi üzrə razılaşdılar.