Levan Yoseliani - tərəflər güzəştə getməli olacaqlar, başqa cür heç nə alınmayacaq
Levan Yoseliani - tərəflər güzəştə getməli olacaqlar, başqa cür heç nə alınmayacaq

O fakt ki, Danielson qaldı və mediasiya prosesini davam etdirir, mənə ümid verir ki, razılığa nail olacaqlar. Burada detallar var ki, barəsində irəlcədən danışa bilmərəm, lakin kompromissiz ki, alınmayacaq, faktdır, – bu barədə “Vətəndaşlar” partiyasının üzvü, Levan Yoseliani bəyan etdi.

Deputatın dediyinə görə, tərəflər getmədilərsə, razılaşma baş tutmayacaq.

“Mən bəyanatlar dinlədim, hər iki tərəf deyir ki, güzəştə getməli olacaqlar. Düzdür getməli olacaqlar, başqa cür heç nə alınmayacaq. Bu gün Brüssel görüşünün effektliyi ölkə daxilində krizisin həll olunmasından asılıdır. Xaricdə hamı gözləyir ki, danışıqları daxildə ölkənin xeyrinə başa çatdıracağıq. Bu iki məsələ bir-birilə bağlıdır. Əgər istəyitiksə xaricdən ciddi nəticə alaq, daxili siyasi problemlərimizi ölkə daxilində həll etməliyik”, – Levan Yoseliani bəyan etdi.