Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub
Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

 

Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu haqda məlumatı Avtomobil Yolları Departamenti yayır.

Onların məlumatına əsasən, intensiv qar yağışına görə, respublika əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 36km-64km (Verona-Telavi) hissəsində yalnız yolsuzluq avtonəqliyyat vasitələrinin (iki və ya daha çox aparıcı körpüsü olan) hərəkətinə icazə verilir.

Yolun hissəsində digər növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.