Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub
Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

 
Verona-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Güclü qar yağması ilə əlaqədar respublika əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 36 km – 64 km (Verona-Telavi) hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir, digər bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Avtomobil yolunun qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.