Vergi Monitorinqi Departamentinin əməkdaşları aksizsiz tütün məmulatının saxlanması və daşınmasının 243 faktını aşkar ediblər
Vergi Monitorinqi Departamentinin əməkdaşları aksizsiz tütün məmulatının saxlanması və daşınmasının 243 faktını aşkar ediblər

 

Cari ilin son üç ayının göstəricilərinə əsasən, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları ölkə miqyasında həyata keçirilmiş cari nəzarət prosedurları nəticəsində aksiz markasının tətbiqi məcburi olan müxtəlif növ tütünün aksiz markası olmadan saxlanması və daşınmasının 243 faktını aşkar ediblər.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına əsasən, aksiz markası olmadan müsadirə edilmiş tütün məmulatlarının ümumi sayı 68 588 (1 371 760) qutu siqaret təşkil edib.

“Müvafiq işin materialları Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş mümkün cinayət əlamətlərinin mövcudluğu səbəbindən Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib. Aksiz markası olmayan və müsadirə edilən tütün məmulatı Gürcüstan Vergi Məcəlləsinə uyğun müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə verilib, bütün inzibati hüquq pozuntusu protokolları isə baxılması üçün məhkəməyə təqdim olunub” – Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında qeyd olunub.