Vere çayının məcrasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilib
Vere çayının məcrasında suötürmə qabiliyyətinin təmin edilməsi məqsədilə genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilib.
Tbilisi meri Kaxa Kaladzenin şəhər hökumətinin iclasında verdiyi məlumata görə, görülən işlər su axınının artdığı hallarda Vere çayının suyunun maneəsiz şəkildə ötürülməsinə imkan verəcək.
“Tbilisi meriyasının müvafiq xidmətləri yüksək riskli ərazilərə və obyektlərə mütəmadi olaraq nəzarət edir, zərurət yarandıqda isə müvafiq işlər həyata keçirilir. Bu dəfə Vere çayının məcrasında onun suötürmə qabiliyyətinin təmin edilməsi məqsədilə genişmiqyaslı profilaktik tədbirlər görülüb. Belə ki, məcranın hər iki tərəfində, yamaclarda quraşdırılmış 200 metr uzunluğundakı sahilbərkitmə konstruksiyası – gabionlar bitki örtüyündən təmizlənib. Həmçinin məcranın özündə həddindən artıq böyümüş kolluq və bitki örtüyü təmizlənib ki, çay sularının sərbəst hərəkəti təmin olunsun”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Tbilisi meriyası bu istiqamətdə müvafiq işləri və monitorinqi mütəmadi olaraq həyata keçirir.