Vere çayı dərəsində çöküntütutan dəmir barmaqlıqlar təmizlənir

17:53, 04.08.2026

 

Vere çayı dərəsində çöküntütutan dəmir barmaqlıqların təmizlənməsi işləri həyata keçirilir. Tbilisinin meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə işlərlə yerində tanış olub. Məlumatı Tbilisinin Meriyası yayır.

“Bu işlər sistemli şəkildə həyata keçirilir. Paytaxta yağan intensiv yağışlar müxtəlif növ tikinti materiallarını, aşmış ağacları və s. gətirir. Müvafiq olaraq, barmaqlıqların təmizlənməsinə ehtiyac yaranır. Təxminən bir həftəyə bura sahmana salınacaq” – Kaxa Kaladze bildirib.

Meriyanın məlumatına əsasən, əhalinin təhlükəsizliyi və risklərin qarşısının alınması məqsədilə 2015-ci ildə baş vermiş təbii fəlakətdən sonra Vere dərəsində iki yerdə çöküntütutan dəmir barmaqlıqlar quraşdırılıb və onların monitorinqi sistematik olaraq aparılır.

Hazırda profilaktik məqsədlə Napetvrebi istiqamətinə gedən yolda yerləşən barmaqlıq təmizlənir ki, güclü yağışlar zamanı böyük su axınını sərbəst buraxa bilsin.

Çayın məcrasının və suyun səviyyəsinin monitorinqi də fasiləsiz rejimdə davam etdirilir. Suyun səviyyəsi düşən kimi xüsusi texnika vasitəsilə ərazi operativ şəkildə tam təmizlənir.

Paytaxtın meri ilə yanaşı, təmizləmə işləri ilə İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze və Vake rayonunun majoritar deputatı Beka Qelenava tanış olublar.

Oxşar