Venesuelada bu gün baş verən iki zəlzələ nəticəsində ən azı 164 nəfərin həlak olduğunu bildirirlər
Venesuelada baş verən iki zəlzələ nəticəsində ən azı 164 nəfər həlak olub, 971 nəfər isə yaralanıb. Bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bəyan edib.
Bundan əvvəl yayılan məlumatlarda 32 nəfərin həlak olduğu, 700 nəfərin isə yaralandığı deyilirdi.
Yayılmış məlumata əsasən, axtarış-xilasetmə işlərinə kömək etmək üçün digər ölkələrdən, o cümlədən ABŞ-dan da xilasedicilər gəlir.
Bu, son bir əsrdən çox müddət ərzində Venesuelada qeydə alınan ən güclü zəlzələ olub.
Xatırladaq ki, Venesuelada 7.2 və 7.5 maqnitudalı iki zəlzələ baş verib və güclü yeraltı təkanlarla müşaiyət olunub.