Venesuela müxalifətinin lideri - Donald Tramp sülh sahəsində Nobel mükafatına layiq idi, bunu dünyaya Venesueladakı hərəkətləri ilə təsdiqlədi
Venesuela müxalifətinin lideri - Donald Tramp sülh sahəsində Nobel mükafatına layiq idi, bunu dünyaya Venesueladakı hərəkətləri ilə təsdiqlədi

 

Donald Tramp sülh sahəsində Nobel mükafatına layiq idi, bunu dünyaya Venesueladakı hərəkətləri ilə təsdiqlədi – bu haqda Venesuela müxalifətinin liderlərindən biri Maria Korina Maçado “Fox News”a müsahibəsində deyib.

Maçado bunun “bəşəriyyət üçün nəhəng addım” olduğunu və ABŞ Prezidentinə minnətdar olduğunu bildirib.

O, ABŞ-nin Nikolas Maduronu yaxaladığı 3 yanvarın “tarixə ədalətin tiraniyanı məğlub etdiyi gün kimi düşəcəyini” bildirib.

Bununla yanaşı, Maria Korina Maçado 2025-ci ilin oktyabr ayından bəri Donald Trampla danışmadığını deyib.

O, “mümkün qədər tez” Venesuelaya qayıtmağı planlaşdırdığını bildirib.

Məlumat üçün bildirək ki, sülh sahəsində 2025-ci ilin Nobel mükafatı venesuelalı müxalif siyasətçi Maria Korina Maçadoya verilib. Nobel Komitəsinin bəyanatında Maria Korina Maçadoya mükafatın “Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz işinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün mübarizəsinə görə” verildiyi qeyd olunub.