Venesuela müxalifətində hesab edirlər ki, Maduronun rejimindən sonra işğal edilmiş Sxinvali və Abxaziya regionlarının müstəqilliyinin elan edilməsi ləğv olunmalıdır
Venesuelanın birləşmiş müxalifətinin gənclər budağının lideri xerman Dias ümid edir ki, Amerika Birləşmiş Ştatlarının qərarını digər ölkələr də qəbul edəcəklər.
Bu barədə bəyanatı Xerman Dias öz Facebook səhifəsində verib.
ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti olaraq, Xuan Quaidoyu elan etdi və Maduronun avtoritar iqtidarına istefa etməsi üçün müraciət etdi.
Daha sonra ABŞ prezidentinin qərarına bir neçə qərb ölkəsi də qoşuldu.
Birinci Kanal Venesuela müxalifətinin gənclər istiqamətinin liderlərindən biri olan Xerman Diasla müsahibəyi keçən ilin martın 29-da yazmışdı.
Müsahibədə Dias bəyan etmişdi ki, Maduro rejiminin məğlub edilməsindən sonra, işğal altında olan Sxinvali və Abxaziya regionlarının müstəqilliyinin elan edilməsi qərarı ləğv olunacaq.
Onun dediyinə görə, Rusiya Federasiyası ilə yaxınlaşmaq ölkəyə sadəcə fəlakət gətirdi.
Birinci Kanal ilə söhbət zamanı Dias qeyd etdi ki, Tramp administrasiyasından Venesuela xalqı, Obama dövründə olduğundan daha çox dəstək hiss edir.
“Ümid edirik ki, iş hərbi intervensiyaya qədər çatmaz, ancaq Nikolas Maduronun rejimin dayandırılması üçün Amerika Birləşmiş Ştatlarının qarışması mütləq olacaq” – dedi Xerman Dias.
Latin Amerika mətbuatı yazır ki, ABŞ öz müttəfiqi olan Peru və Argentina ilə bərabər Venesuelada hərbi intervensiya həyata keçirə bilər.