Venesiya Kino Festivalının direktoru Alberto Barbera – Levan Koğuaşvilinin “Quria” filmi gürcü kinosunun ənənələrini davam etdirir
Venesiya Kino Festivalının “Venice Spotlight” bölməsində gürcü rejissor Levan Koğuaşvilinin yeni tammetrajlı “Quria” filmi təqdim olunacaq.
Film Gürcüstan Mədəniyyət Nazirliyi, Milli Kinematoqrafiya Mərkəzi, “Yaradıcı Gürcüstan”, İctimai Yayımçı və “Gürcüstanda İstehsal Et” agentliyinin dəstəyi ilə çəkilib. “Quria” yeddi ölkənin (Gürcüstan, İsveçrə, Lüksemburq, Bolqarıstan, Norveç, Türkiyə, Səudiyyə Ərəbistanı) birgə istehsalıdır.
“Venice Spotlight” Venesiya Kino Festivalının yaradıcı orijinallığı və bədii baxışı ilə fərqlənən əsərlərin toplandığı ən görkəmli bölmələrindən biridir. Bu il qeyd olunan bölmədə yalnız səkkiz film təqdim olunur. Rəsmi proqramın elan edilməsi zamanı Venesiya Kino Festivalının direktoru Alberto Barbera xüsusilə qeyd edib ki, Levan Koğuaşvilinin “Quria” filmi gürcü kinosunun ənanələrini davam etdirir.
Levan Koğuaşvilinin sözlərinə əsasən, film çətin şəraitdə yaşamalarına baxmayaraq insaniyyətini qoruyub saxlayan insanlar haqdadır.
“Onlar mükəmməllikdən uzaqdırlar və tez-tez kifayət qədər pis də rəftar edirlər, lakin insan olaraq qalırlar. Onlar dostluq etməyi və həmdərd olmağı bacarırlar. Mən hər cür ideoloji klişe və ya siyasi konyunkturadan azad adi insanlar haqqında film çəkmək istəyirdim – sadəcə həyat, sadəcə kino, sadəcə Quria. Quria sadəcə bir bölgə adından daha artıq şeydir, bu daha çox daxili ruh halıdır” – Koğuaşvili bildirib.
Gürcüstan Mədəniyyət Nazirliyi rejissor Levan Koğuaşvilini və filmin bütün yaradıcı qrupunu uğur münasibətilə təbrik edir və onlara müvəffəqiyyətlər arzulayır.
Məlumatı Gürcüstan Mədəniyyət Nazirliyi yayır.