Vəkillər Mzia Amağlobelinin “Vivamed” klinikasından cəzaçəkmə müəssisəsinə köçürülməsi haqda məlumat verirlər

22:29, 27.02.2025

 

“Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelini “Vivamed” klinikasından cəzaçəkmə müəssisəsinə köçürüblər. Amağlobelinin vəkilləri bu məlumatı Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər.

Mzia Amağlobelini müayinələr aparmaq məqsədi ilə fevralın 4-də həbsxanadan “Vivamed” klinikasına aparıblar və bu vaxta qədər orada qalırdı. O, fevralın 18-də aclıq aksiyasına son qoyub.

Məlumat üçün bildirək ki, Batuminin Şəhər Məhkəməsi polisə hücum ittihamı ilə saxlanılmış Mzia Amağlobeli barəsində yanvarın 14-də qətimkan tədbiri olaraq həbs qətimkan tədbiri seçib.

Oxşar