Vəkillər Levan Xabeişvili və Murtaz Zodelavanın yanına buraxıldılar
Vəkillər “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Levan Xabeişvili və “Milli Hərəkat”ın üzvü Murtaz Zodelavanın yanına buraxıldılar.
Bundan əvvəl hüquq müdafiəçiləri Qiorqi Kondaxişvili, Beka Basilaia və Laşa Tğeşeladze Dövlət Təhlükəsizliyi Xidmətinin yanından bəyan etdilər ki, onları saxlanılan şəxslərin yanına buraxmırdılar.
Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidməti “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Levan Xabeişvilini rüşvət şəklində məmurlara pul vəsaitlərinin açıq şəkildə vəd olunması ittihamı ilə bu gün saxlayıb. Bununla yanaşı, Levan Xabeişvili ilə birlikdə, Dövlət Təhlükəsizliyi Xidməti “Milli Hərəkat”ın üzvü Murtaz Zodelavanı da saxlayıb.