Vəkil Valeri Qelbaxiani Eliso Kiladzenin evində aparılan axtarış zamanı elektron cihazlar, yaddaş kartları və müxtəlif sənədlərin götürüldüyünü bildirir
Dırnaqarası zəng mərkəzləri, dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı saxlanılan Eliso Kiladzenin evində aparılan axtarış başa çatıb.
Kiladzenin vəkili Valeri Qelbaxianinin qeyd etdiyi kimi, axtarış yeddi saat ərzində aparılıb və evdən elektron cihazlar, yaddaş kartları və müxtəlif sənədlər götürülüb.
“Axtarış yeddi saat ərzində aparılırdı. Evin böyük olmamasına, iki otaqlı mənzil olmasına baxmayaraq, bütün sənədlər araşdırıldı, oxundu, möhürləndi və götürüldü. Bu prosedur çox vaxt apardı. Əhəmiyyətli heç nə götürülmədi, bir noutbuk, bir telefon və oğlunun yataq otağından ikinci noutbuk. Həmçinin bloknotlar, iki və ya üç “fleş-disk” və ailənin pulunu götürdülər. Həyat yoldaşı onun pulu olduğunu təsdiqlədi, məbləğ çox deyildi. Hələlik gördüklərimə, axtarış protokolu və hökmə, prokurorluğun məlumatına əsasən zəif ittihamlar hesab edirəm. Axtarışın əsaslılığı ilə bağlı iradlarım var və məhkəmə prosesi zamanı bunları təqdim edəcəyəm” – Qelbaxiani bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstan Prokurorluğu dırnaqarası zəng mərkəzləri, dələduzluq və çirkli pulların yuyulması işi üzrə Otar Partsxaladzeyə ittiham irəli sürüb, eyni iş üzrə Eliso Kiladze saxlanılıb.