“Tanainvestirebis Fondi”nun sabiq rəhbəri Giorgi Baçiaşvilinin vəkili Levan Maxaraşvilinin sözlərinə görə, Baçiaşvili prosessual razılaşma əsasında dünən penitensiar müəssisəni tərk edib.
Onun sözlərinə görə, Baçiaşvili ilə bağlı hər üç cinayət işi üzrə ayrıca prosessual razılaşma imzalanıb, həmçinin Giorgi Baçiaşvilinin valideynlərinə qarşı cinayət təqibinə xitam verilib.
“Giorgi Baçiaşvili ilə prosessual razılaşma imzalanıb və bu razılaşma əsasında o, dünən penitensiar müəssisəni tərk edib. Onun barəsində mövcud olan hər üç cinayət işi üzrə ayrı-ayrılıqda prosessual razılaşmalar bağlanıb. Paralel olaraq, onunla zərərçəkmiş şəxs arasında mövcud olan mülki iş barışıq aktı əsasında başa çatıb. Baçiaşvilinin valideynlərinin işinə gəlincə, onların hər ikisinə qarşı cinayət təqibinə xitam verilib və artıq axtarışda deyillər. Nəticə etibarilə, Baçiaşviliyə bir il müddətinə şərti cəza və əlavə cəza qismində 50 000 lari məbləğində cərimə təyin olunub”, – deyə vəkil Levan Maxaraşvili bildirib.
Məlumat üçün qeyd edək ki, “Tanainvestirebis Fondi”nin sabiq rəhbəri Giorgi Baçiaşviliyə “Gürcü Arzusu”nun təsisçisi Bidzina Ivanishvilinin kriptovalyutasının mənimsənilməsi işi üzrə 2025-ci il 10 mart tarixində 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Giorgi Baçiaşvilini 2025-ci il 27 may tarixində saxlamışdı.
“Tanainvestirebis Fondi”nin sabiq rəhbəri Giorgi Baçiaşvili ilə prosessual razılaşma cari ilin 18 fevral tarixində imzalanıb.