Vəkil – Mixeil Saakaşvili ilə görüşdüm, nəzərəçarpacaq zəiflik var, hələ də yemək qəbul edə bilmir, nevroloji göstəriciləri pisləşib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Vivamedi klinikasında vəkil Şota Tutberidze ziyarət edib. Tutberidzenin sözlərinə görə, Mixeil Saakaşvili nevroloji göstəricilərinin pisləşdiyini deyir.
Vəkilin sözlərinə görə, Mixeil Saakaşvili zəifdir və yemək qəbul edə bilmir.
“Mən Mixeil Saakaşvili ilə görüşdüm. Saakaşvili onun nevroloji göstəricilərinin pisləşdiyini desə də, səhhəti ilə bağlı tibbi qiymətləndirmədən çəkinərdim. Mən onun şəxsi həkimi ilə də görüşdüm, onunla texniki məsələləri, o cümlədən ziyarətçilərin girişi məsələsini müzakirə etdik. Bu mərhələdə biz penitensiar xidmətdən müvafiq tədbirlər görməsini və heç bir əlavə bürokratik maneə olmadan ziyarətçilərə icazə verməsini gözləyirik. Zəiflik nəzərə çarpır, o, hələ də yemək ala bilmir, bu istiqamətdə irəliləyiş əldə etməmişik, nevroloji göstəricilər pisləşib, amma bir daha deyirəm, görüşdən aldığım təəssürat budur”, – Şota Tutberidze bildirib.
Tutberidzenin sözlərinə görə, administrasiya bütün ziyarətçilərə razılıq verib, onların qəbulu qanunla nəzərdə tutulub və Mixeil Saakaşvili üçün təhlükə yaratmayacaq. Lakin onun sözlərinə görə, Penitensiar Xidmətin şəxsi həkim Nokoloz Kipşidzeyə niyə razılıq vermədiyi aydın deyil.
“Biz hələ də parlament üzvləri ilə bağlı bəzi razılıqları gözləyirik. Nikoloz Kipşidzeyə cəzaçəkmə müəssisəsindən niyə razılıq verilmədiyi bəlli deyil, inşallah, üzə çıxacaq və bu problem tezliklə həll olunacaq. Klinikanın heyətini təşkil edən bütün insanlara dərin hörmətimə baxmayaraq, onun düzgün müalicə olunub-olunmaması ekspertlər və müvafiq ixtisaslı insanlar tərəfindən müəyyən edilməlidir, təəssüf ki, penitensiar xidmətdən istifadə etməyə icazə verilmir… Əlavə tibbi təfərrüatlar mənə heç nə vermir. Mən onları dəyərləndirə bilmirəm. Ona görə də tibbi nöqteyi-nəzərdən təfərrüatlar vermədik”, – Şota Tutberidze bildirib.
Vəkilin sözlərinə görə, Saakaşvili ilə görüşdə Nika Qvaramiyanın həbsi məsələsi də müzakirə olunub.
“Təbii ki, biz dünən və bu gün Nika Qvaramiyanın həbsi məsələsini müzakirə etdik. Prezident hesab edir ki, bu, gürcü demokratiyasına çox böyük zərbədir: Bu, Gürcüstan dövlətçiliyinə Avropaya inteqrasiya yolunda, eləcə də Gürcüstanın hüquq mədəniyyətinin inkişafına zərbə vuracaq”, – deyə hüquqşünas Şota Tutberidze bildirib.