Vəkil İlia Ğuduşaurinin günahını etiraf etdiyini və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirir
Səhiyyə nazirinin sabiq müavini İlia Ğuduşauri barəsində ittiham Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi ilə irəli sürülüb, bu isə vəzifə səlahiyyətindən sui-istifadə deməkdir.
Ğuduşauriyə istintaq təcridxanasında ittiham barədə məlumat verilib.
İlia Ğuduşaurinin vəkili Dimitri Mcedlişvili Ğuduşaurinin irəli sürülmüş ittihamı etiraf etdiyini bildirib.
“İttiham Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi ilə irəli sürülüb, bu isə vəzifə səlahiyyətindən sui-istifadə deməkdir. Bizim mövqeyimiz budur ki, İlia Ğuduşauri günahını etiraf edir və istintaqla əməkdaşlıq etməyə hazırıq. Məsələ konkret satınalmalar ilə bağlıdır. Mən işin materialları ilə tam tanış olmamışam. İndi onları götürəcəyəm və daha çox detal deyə biləcəyəm” – vəkil Dimitri Mcedlişvili bildirib.