Vəkil - Elçin Allahverdiyevin verdiyi ifadəyə görə, Azər Süleymanov ona şillə vurub, Temur Abbazov isə, seksual zorakılıqla hədələyib
Vəkil - Elçin Allahverdiyevin verdiyi ifadəyə görə, Azər Süleymanov ona şillə vurub, Temur Abbazov isə, seksual zorakılıqla hədələyib

Marneuli meri tərəfindən təhqir edilən Marneuli sakininin vəkili Ekaterine Midodaşvili bəyan edir ki, Temur Abbazov Elçin Allahverdiyevi seksual zorakılıqla qorxudurdu.

“Müdafiyə etdiyim şəxs artıq ifadəsini verib. O bəyan edir ki, deputat Azər Süleymanov ona sadəcə şillə vurub. Onun dediyinə görə, aksiyaya öz başına spontan şəkildə gedib, onun etiraz aksiyasına getdiyini “Milli Hərəkat” partiyası bilmirdi və Azər Süleymanov “Gürcü Arzusu” partiyasının nümayəndələrinə izah edirdi ki, “bizə ona get aksiyada kimisə təhqir et deməmişik”- dedi vəkil.

Vəkilin bəyanatına görə, onun müdafiyə etdiyi Elçin Allahverdiyev heç bir partiyanın üzvü deyil.

“O sadəcə olaraq, Temur Abbazova incimişdi, çünki bir neçə dəfə onun yanına iş məsələsi ilə bağlı getmişdi, ancaq mer onu kabinetdən qoylatdırmışdı” – dedi vəkil.