Vəkil Arçil Çofikaşvili: Aleko Elisaşvilinin hüquqlarının müdafiəsi üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik.

16:40, 10.07.2026

Aleko Elisaşvilinin hüquqi maraqlarının müdafiəsi üçün bütün müvafiq hüquqi vasitələrdən istifadəni davam etdirəcəyik. Bunu terror aktına cəhd ittihamı ilə həbs olunan “Güclü Gürcüstan – Lelo” siyasi birliyinin liderlərindən biri Aleko Elisaşvilinin vəkili Arçil Çofikaşvili bildirib.

Vəkilin sözlərinə görə, “ədalətsiz siyasi həbslə” bağlı vəziyyətin tezliklə aradan qaldırılması üçün bütün zəruri hüquqi addımlar atılacaq.

“Bugünkü hökmün hüquqi qiymətləndirilməsi ondan ibarətdir ki, bu qərarın hüquqi baxımdan ən minimal əsaslandırması belə yoxdur və ola da bilməzdi. Təbii ki, Elisaşvilinin hüquqi maraqlarının qorunması üçün bütün müvafiq hüquqi vasitələrdən istifadəni davam etdirəcəyik. Yuxarı instansiya məhkəmələrinə şikayət verəcəyik və həm ölkə daxilində, həm də ölkə xaricində bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik. Gözləyirdik ki, bu siyasi həbslə bağlı məsələ bir hökm və bir gün ərzində həll olunmayacaq. Bunun üçün əlavə addımlar və fəallıq tələb olunacaq. Bu qanunsuz və ədalətsiz siyasi həbslə bağlı vəziyyətin tezliklə başa çatması üçün bütün zəruri tədbirlər görüləcək”, – deyə Çofikaşvili bildirib.

Xatırladaq ki, terror aktına cəhd ittihamı üzrə 29 noyabr hadisələri ilə bağlı “Güclü Gürcüstan – Lelo” siyasi birliyinin liderlərindən biri Aleko Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar