Vəkil antiterror əməliyyatları çərçivəsində saxlanılan iki nəfərə baş çəkib
Vəkil antiterror əməliyyatları çərçivəsində saxlanılan iki nəfərə baş çəkib

 
Vəkil antiterror əməliyyatları çərçivəsində saxlanılan iki nəfərə baş çəkib. Vəkil Mevlud Cancğavanın dediyi kimi, saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə ittiham irəli sürülüb, bunun da terrorla əlaqəsi yoxdur.

Vəkil bildirir ki, saxlanılan şəxslər özlərini təqsirli bilmirlər.

“Mən cinayət işinin materialları ilə tam tanış olmuşam. İş elə də çox həcmli deyil. Onlara qarşı ittiham 236-cı maddənin 3-cü hissəsi ilə irəli sürülüb, bu da alternativsiz 3-6 ilə qədər həbs cəzasını nəzərdə tutur. Onlar özlərini təqsirli bilmirlər. Hakimin hökmü əsasında axtarış aparılıb. Bu maddənin terrorla heç bir əlaqəsi yoxdur, onlar şəhərdən kənarda saxlanılıblar. Terrorla əlaqəyə gəlincə, işin materiallarında bu haqda heç nə yoxdur” – vəkil bildirib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən antiterror əməliyyatları çərçivəsində cari əməliyyat tədbiri və istintaq hərəkətləri nəticəsində ölkə miqyasında eyni vaxtda bir neçə xüsusi əməliyyat keçirilib, iki nəfər saxlanılıb.