Vəfat edən doqquz pasiyentdən beşi Acarada müalicə olunurdu
Vəfat edən doqquz pasiyentdən beşi Acarada müalicə olunurdu

Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri, Marina Endeladzenin bəyan etdiyinə görə, koronavirusdan vəfat edən doqquz pasiyentdən hamısının vəziyyəti kritik idi.

Endeladzenin qeyd etdiyinə görə, vəfat edənlərdən beşi Acarada müalicə olunurdu.

“Doqquz yeni vəfat etmə halımız var. Hamısı kritik vəziyyətdə idi. Beşi Acaradandır, başqa göstəricilərim hələlik yoxdur”, – Marina Endeladze bəyan etdi.

Gürcüstanda koronavirusun 569 yeni halı qeydə alındı, 329 pasiyent sağaldı. Ölkədə koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 102-ə çatdı.