Vaziani-Qombori-Telavi avtomobil yolunda avtonəqliyyatın hərəkəti qadağandır

12:33, 13.03.2022

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, qar və aşağı temperatur səbəbindən, daxili əhhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun km36-km50 (Verona-Şuamta monastrının döngəsi) hissəsində yalnız yüksək keçidli avtomobillərinin (iki və daha çox aparıcı körpüləri olan) hərəkətinə icazə verilir, digər növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

 

Oxşar