Vaziani hərbi bazasında günəş elektrik stansiyası quraşdırılacaq

Yaxın vaxtlarda Gürcüstan Müdafiə Qüvvələrində günəş enerjisi panelləri quraşdırılacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, idarə Litva Respublikasının Ətraf Mühit Müdafiə Nazirliyindən qrant aldı, hansı da Vaziani hərbi bazasında fotovoltaik elektrik stansiyasının tikintisinə sərf olunacaq. Müdafiə nazirin qrant müraciətinin təsdiqi ilə bağlı rəsmi məktubu “Viasol Energy” səhmdar cəmiyyətindən aldı.

“İkitərəfli əməkdaşlıq çərçivəsində qrant layihəsi Vazianidə karbon qazı emissiyalarını azaltmaq üçün, günəş enerjisi panellərinin quraşdırılmasını nəzərdə tutur. Layihə İqlim Dəyişikliyi Proqramı çərçivəsində maliyyələşdirildi. Qrantın məbləği 417 min 384 avronu təşkil edir ki, bu da Vazianidə 500 kilovatlıq fotovoltaik elektrik stansiyasının quraşdırılmasına sərf olunacaq. Layihənin ümumi büdcəsi 673 000 avronu təşkil edir, onun 25 faizi Gürcüstan Müdafiə Nazirliyi tərəfindən, qalan məbləğ isə “Viasol Energy” səhmdar cəmiyyəti tərəfindən ödəniləcək.

Layihənin daha da inkişaf etdirilməsi məqsədilə, tərəflərin öhdəliklərini müəyyən edən ikitərəfli memorandumunun imzalanması nəzərdə tutulur.

Müdafiə Nazirliyi ekoloji cəhətdən təmiz, alternativ elektrik enerjisi istehsalı mənbələrindən istifadə etməyi fəal şəkildə planlaşdırır ki, bu da xərclərə qənaət etməyə və ətraf mühitə təsirin azaldılmasına imkanlar yaradacaq. Layihənin gələcəkdə bütün böyük briqadalarda həyata keçirilməsi planlaşdırılır”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.