Vaşlovani qoruğunda yanğın lokallaşdırılıb
Vaşlovani Dövlət Qoruğunda yanğın lokallaşdırılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidməti yayır.
Yanğın söndürmə əməliyyatları səhər saatlarından başladı və yerindəcə 50 yanğınsöndürən və mühafizəçi səfərbər olundu. Yanğının söndürülməsində bir sərhəd polisi helikopteri iştirak edir.
Qurumdan verilən məlumata görə, hazırda yanğının likvidasiya işləri davam etdirilir.
Bu həftə Vaşlovani qoruğunda yanğın iki dəfə baş verib. Yanğına şimşək çaxması səbəb olduğu bildirilir.