Vaşinqtonun mərkəzində Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşını qətlə yetiriblər
Vaşinqtonun mərkəzində Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşını qətlə yetiriblər

 

Vaşinqtonun mərkəzində Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşını qətlə yetiriblər. “BBC”nin məlumatına əsasən, kişi və qadına Yəhudi Muzeyində keçirilən tədbirdən çıxarkən hücum edilib.

Atışma yerli vaxtla saat 21:05-də baş verib. Yayılmış məlumata əsasən, atışma zamanı İsrail səfirliyinin bir neçə əməkdaşı muzeyin tədbirində olub. Hücumçunu hələ tutmayıblar.

“Biz fəal şəkildə istintaq aparırıq və daha çox məlumat toplamaq üçün çalışırıq. Xahiş edirik, zərərçəkənlərin ailələri üçün dua edin. Bu mənəviyyatsız cinayətkarı ədalət qarşısına çıxaracağıq” – ABŞ-nin Daxili Təhlükəsizlik katibi Kristi Noem yazır.

İsrailin BMT-dəki səfiri insidenti “antisemit terrorizmi”nin görünməmiş aktı kimi qiymətləndirib.

“Diplomatlara və yəhudi icmasına zərər qırmızı xəttin aşılması deməkdir. Əminik ki, ABŞ hakimiyyəti bu cinayət əməlinə görə məsuliyyət daşıyan şəxslərə qarşı sərt tədbirlər görəcək” – Deni Danon yazır.