Vaşinqtonda komendant saatı elan edildi. Bu barədə ABŞ paytaxtının meri, Miurel Bouzer bəyan etdi.
Onun tərəfindən “tvitterdə” yayılan bəyanatda qeyd olunubdur ki, komendant saatı 23:00-dan başlayacaq və səhər saat 06:00-a qədər davam edəcək.
Bouzerin bəyan etdiyinə görə, komendant saatının müdafiəsində polisə milli ordu yardım edəcək.