Vaşinqtonda Donald Tramp və Volodimir Zelenskinin ikitərəfli görüşü bu gün, yerli vaxtla saat 13:15-də başlayacaq
Vaşinqtonda Donald Tramp və Volodimir Zelenskinin ikitərəfli görüşü bu gün, yerli vaxtla saat 13:15-də başlayacaq

 

Vaşinqtonda Donald Tramp və Volodimir Zelenskinin ikitərəfli görüşü bu gün, yerli vaxtla saat 13:15-də başlayacaq.

“Roll Call”un yaydığı Ağ Ev tərəfindən dərc edilmiş cədvələ əsasən, ABŞ və Ukrayna prezidentləri arasında danışıqlar yerli vaxtla saat 13:15-də başlayacaq və təxminən bir saat davam edəcək. Sonra isə avropalı liderlər Donald Tramp və Volodimir Zelenskiyə qoşulacaqlar.

Donald Trampın sosial şəbəkədə yazdığı kimi, bu gün ABŞ üçün “böyük gün”dür.

“Bizdə eyni anda bu qədər avropalı lider heç vaxt olmayıb. Onlara ev sahibliyi etmək mənim üçün böyük şərəfdir” – Tramp yazır.