Vaşinqtonda Donald Tramp və İlon Maska qarşı etiraz aksiyası keçirilib
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maska qarşı etiraz aksiyası keçirilib. Bu haqda məlumatı “Reuters” yayır.
Nəşrin məlumatına əsasən, minlərlə insan Tramp administrasiyasının siyasətinə etiraz edib.
Nümayişçilər bildirirlər ki, İlon Mask və onun departamentinə həddən artıq geniş səlahiyyət verilib. Etiraz aksiyasının iştirakçıları Konqresi müdaxilə etməyə və Tramp və Maskın qərarlarını ləğv etməyə çağırırlar.