Vaşinqtonda Benyamin Netanyahunun səfərinə etiraz ediblər
Protesters rally outside White House against Netanyahu s Washington visit WASHINGTON, D.C., UNITED STATES JULY 27: Activists gather outside Blair House during a noisy demonstration protesting the visit of Israeli Prime Minister Benjamin Netanyahu to Washington, D.C., on July 27, 2026. Mehmet Eser / Anadolu Washington United States. Editorial use only. Please get in touch for any other usage. PUBLICATIONxNOTxINxTURxUSAxCANxUKxJPNxITAxFRAxAUSxESPxBELxKORxRSAxHKGxNZL Copyright: x2026xAnadoluxMehmetxEserx
Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərinə qarşı etiraz aksiyası keçirilib.
Nümayiş fələstinliləri dəstəkləyən fəallar tərəfindən təşkil olunmuşdu. Aksiya iştirakçıları əllərində Fələstin bayraqları tutaraq ABŞ hökumətindən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarını icra etməyi – Benyamin Netanyahunu həbs etməyi tələb edirdilər.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Netanyahunun ABŞ-da olarkən həbs olunmaq təhlükəsinin olmadığını bildirmişdi.
Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunması barədə qərarı 2024-cü ildə çıxarıb.